Uşaqda skolioz olubolmadığını necə yoxlamaq olar?


Digərləri 05 Apr 2018 21:55:00 299 0

Uşaqda skolioz olubolmadığını necə yoxlamaq olar?

Skolioz xəstəliyi uşaq və yeniyetməlik dövrlərində inkişaf etməyə başlayır. Skoliozun erkən aşkar olunması onun müalicəsi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Erkən mərhələlərdə aşkar olunmuş skolioz uşaqlarda olduqca uğurla müalicə olunur. Lakin erkən mərhələlərdə onurğa sütunun əyriliyi gözə çarpmaya bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, fizioterapevt və reabilitoloq Rəhimə Atəş hər bir valideynin uşağında skoliozun olub-olmamasını asanlıqla təyin edə biləcəyini açıqlayıb. O, bu sahədə diqqət yetirilməli olan məqamları açıqlayıb:

- Uşaq qabağa əyilir və siz arxadan uşağın belinə diqqətlə baxırsınız.

- Skolioz zamanı uşağın belinin bir tərəfi (sağ və ya sol) digər tərəfi ilə müqayisədə daha yuxarıda olur.