Yevlaxda piyadanı maşın vurub


Digərləri 05 Apr 2018 21:48:00 397 0

Yevlaxda piyadanı maşın vurub

Hadisə Havarlı kəndində baş verib

Yevlax rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, "Opel" markalı minik maşını Havarlı kəndindən keçən magistral yolda 37 yaşlı Eldəniz adlı yerli sakini vuraraq, ona ağır xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.