Yevlaxda məktəbin ərazisi yağış suyundan təmizlənib


Digərləri 05 Apr 2018 21:29:00 245 0

Yevlaxda məktəbin ərazisi yağış suyundan təmizlənib

Son günlər yağan yağışlar nəticəsində Yevlax şəhərində bəzi ərazilər yağış suları ilə dolub.

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 4 saylı orta məktəbin ərazisində suçəkmə işlərinə cəlb olunub.

Suçəkmə işləri başa çatıb.​