İllərdir ki, orada yaşamır Lakin kommunal


Digərləri 05 Apr 2018 21:08:00 343 0

İllərdir ki, orada yaşamır  Lakin kommunal

Bəzi hallarda vətəndaşlar yeni tikilən yaşayış binalarından mənzil alıb istifadə etməməsinə baxmayarq onlardan komunal xidmətlərə görə ödəniş etmələri tələb olunur. Bu da tikinti şirkətləri ilə vətəndaşlar arasında mübahisələrə gətirib çıxarır. Ekspertlər isə vətəndaşlara problemlə qarşılaşmamaq üçün bəzi nüanslara diqqət etməyi tövsiyyə edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, alıb istifadə etmədiyi mənzilə görə tikinti şirkəti ondan komunal xidmət ödənişlərini tələb edir. Belə bir problemlə Aqil Fərəcov qarşılaşıb. Xüsusən də paytaxt Bakıda bu kimi hallara tez-tez rast gəlinir. Bu isə bəzi hallarda tikinti şirkətləri ilə vətəndaşlar arasında mübahisələrə gətirib çıxarır.

Belə vəziyyətdə bir sual ortaya çıxır? Bu məsələdə vətəndaş haqlıdır yoxsa tikinti şirkətləri?

Əmlak eksperti Nüsrət İbarhimovun sözlərinə görə, qanunvericiliyə əsasən çoxmənzilli yaşayış binalarında tikinti-tamamlama işləri başa çatdıqdan sonra, yaşayış binası Dövlət Qəbulu komissiyasına təhvil verilməlidir. Həmin qurumdan akt alındıqdan sonra vətəndaşlara satılmalı və orada yaşamağa icazə verməlidir. Yəni, vətəndaşın komunal xidmət ödənişlərini ödəyib-ödəməməsi tikinti şirkətlərinin Dövlət Qəbulu Komisiyyasından aldığı aktdan sonra bəlli olur.


Xəbərə aid video