Türkiyədə əcnəbilərlə evlənən kişilərin 13 faizi


Dünya 05 Apr 2018 20:54:00 257 0

Türkiyədə əcnəbilərlə evlənən kişilərin 13 faizi

2017-ci ildə türkiyəli kişilər ümumilikdə 20 972 əcnəbi qadınla evləniblər ki, onların 13,3%-i azərbaycanlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci ilin yekunlarına əsasən, ölkədə ailə həyatı quran kişilərin orta yaş həddi 27, qadınlarda isə 24 olub.

Ötən ilin nəticələrinə görə, Türkiyədə evlənənlərin sayı 2016-cı ilə nisbətdə 4,2% azalaraq 569 459 nəfər olub. 2017-ci ildə boşananların sayı isə 2016-cı illə müqayisədə 1,8% artaraq 128 411 nəfər təşkil edib.