Salyanda işə gedən iki qadını maşın vurdu


Digərləri 05 Apr 2018 20:57:00 270 0

Salyanda işə gedən iki qadını maşın vurdu

Bu gün səhər saatlarında Salyan rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə səhər saat 6-nın yarısında Arbatan kənd yolundakı A.Ağabəyli küçəsində Arbatan kənd sakini 37 yaşlı Fərzalı Aslan oğlu Fərəcovun idarə etdiyi "Niva" markalı avtomaşınla piyadalar - Salyan şəhəri, Mirbağır Ağa küçəsi, 131 ünvanda yaşayan 50 yaşlı Səriyyə Nazim qızı Əhədova və Ə.Hüseynov küçəsi, ev 52-də yaşayan Kəmalə Aslan qızı Əsgərova vurulub.

Xəsarət alan piyadalar dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. K.Əsgərovaya tibbi yardım gösrtərildikdən sonra vəziyyəti normallaşdığından, xəstəxananın travmotologiya şöbəsinə, Səriyyə Əhədova isə komada olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilsə də, aldığı ağır kəllə-beyin travmasından dünyasını dəyişib.

Hər iki qadın Salyan qida məhsulları kombinatının işçiləri olub, səhər növbəsində işə gedirmişlər. Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbərə aid video