İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB


Dünya 05 Apr 2018 19:47:00 261 0

İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Yanğın səbəbi hələlik məlum deyil

İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Gaziosmanpaşa rayon bələdiyyəsinin sədriHasan Tahsin Usta məlumat verib.

Onun sözlərinə görə, yanğın tamamilə lokallaşdırılıb, xəstəxananın Reanimasiya şöbəsində müalicə olunan xəstələr də təxliyyə edilib.

*** 18:45

Türkiyənin İstanbul şəhərində xəstəxanada güclü yanğın başlayıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Gaziosmanpaşa rayonundakı Taksim İlk Yardım Xəstəxanasında qeydə alınıb.

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı, xəstəxananaın Reanimasiya şöbəsindən başqabütün tibbi personal vəxəstələrin təxliyyə edildiyibildirilir.

Yanğın səbəbi hələlik məlum deyil.