Braziliya Kommunikasiya Şirkəti AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq istəyir FOTO


Digərləri 05 Apr 2018 19:21:51 306 0

Braziliya Kommunikasiya Şirkəti AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq istəyir  FOTO

Braziliya Kommunikasiya Şirkəti (EBC) AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq istəyir. Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun EBC-nin baş direktoru Kristian Samarko ilə görüşündə bu barədə müzakirələr aparılıb.

Agentliyin icraçı direktoru Alberto Kuranın da iştirak etdiyi görüşdə bildirilib ki, əməkdaşlıq müqaviləsi özündə xəbər, foto və video mübadiləsini ehtiva edir.

Elxan Poluxov müqavilənin perspektivlərinə ümidlə baxdığını qeyd edib. Bildirib ki, bu müqavilə iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək, Braziliya cəmiyyətinə Azərbaycan barədə geniş informasiya çatdırmaqla yanaşı, Azərbaycanda da Braziliya haqqında ilkin mənbədən dolğun məlumat əldə edilməsi imkanı yaradacaq.


Xəbərə aid foto