İncəsənət məktəbinin şagirdləri təltif olunublar


Kriminal 05 Apr 2018 19:24:00 303 0

İncəsənət məktəbinin şagirdləri təltif olunublar

Aprelin 4-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagirdləri ilə görüşüb.

Məktəbin kollektivini uğurlar münasibətilə təbrik edən V.Zeynalov  onlara gələcək fəaliyyətlərində böyük nailliyyətlər arzu edib. Sonra Beynəlxalq Muğam Mərkəzində keçirilmiş bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı Vaqif Mustafazadəyə həsr olunmuş konsertdə uğurlu çıxışlarına görə məktəbin şagirdləri: Fidan Babayeva, Təranə Qədimova, Natəvan Osmanova,Əli Salaylı, Dərya Hüseynova, Fatimə Quliyeva, Fərəh Əzizova, Nazim Əzimov, Natəvan Cəbizadə, Nurlan Cəfərli, Sevinc Məmmədova, Aysel Sadıqova, Leyla Süleymanlı, Məhəmməd Hacızadə, Amina Safiquliyeva, Dəniz Abbasova, Oğuz Qədimli, Zərifə Gərayeva, Tomriz Mütəllibzadə, Leyla Kərimli, Ləman Əhmədxanova və Sənan Eyvazov "Fəxri fərman"larla təltif ediliblər.