İstanbulda xəstəxanlardan birində güclü yanğın başlayıb


Dünya 05 Apr 2018 18:45:36 221 0

İstanbulda xəstəxanlardan birində güclü yanğın başlayıb

Yanğın səbəbi hələlik məlum deyil

Türkiyənin İstanbul şəhərində xəstəxanada güclü yanğın başlayıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Gaziosmanpaşa rayonundakı Taksim İlk Yardım Xəstəxanasında qeydə alınıb.

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı, xəstəxananaın Reanimasiya şöbəsindən başqabütün tibbi personal vəxəstələrin təxliyyə edildiyibildirilir.

Yanğın səbəbi hələlik məlum deyil.