Gürcüstanda matəm elan olundu


Dünya 05 Apr 2018 18:51:39 205 0

Gürcüstanda matəm elan olundu

Gürcüstanda sabah matəm elan olunub.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə qərar bu gün səhər saatlarında Tkibulidə kömür mədənində baş vermiş qəza ilə bağlı qəbul edilib.

Qeyd edək ki, qəza nəticəsində 6 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal qiymətləndirilir.