Hamşikdən Maradonaya hədiyyə


İdman 05 Apr 2018 18:38:00 214 0

Hamşikdən Maradonaya hədiyyə

"Napoli"nin yarımmüdafiəçisi Marek Hamşik bir müddət öncə Maradonanı ötərək klubun tarixində ən məhsuldar oyunçu olmuşdu. Goal.az xəbər verir ki, kapitan argentinalı futbol əfsanəsinə öz formasını hədiyyə edib.

"Salam Diyeqo. Sənə "Napoli"də 115-ci qolumu vurduğum formanı hədiyyə edirəm. Bombardirlər siyahısında sənin kimi çempionla yanaşı olmaq mənə şərəfdir. Ümid edirəm, hədiyyəm xoşuna gələcək" - Hamşik İnstagram hesabında yerləşdirdiyi videoda qeyd edib.