Pakistan baş nazirinin xüsusi köməkçisi: "Terrorizm dini mədəniyyətlə əlaqələndirilə bilməz"


Siyasət 05 Apr 2018 18:04:06 282 0

Pakistan baş nazirinin xüsusi köməkçisi: "Terrorizm dini mədəniyyətlə əlaqələndirilə bilməz"

"Fələstin və Kəşmir xalqı 70 ildən çoxdur zülm və zorakılığa məruz qalaraq hüquqlarının nə vaxt reallaşacağını gözləyir"

Pakistan terrorizmin təzahürlərinə qarşı aydın mövqedədir.

"Report" xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin media üzrə xüsusi köməkçisi Musadiq Məsud Malik Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ən mühüm universal ideya və dəyərlər bir-birinə qarşılıqlı hörmət və başqalarının işinə müdaxilə etməməkdir.

M.M.Malik Pakistanın terrorizm və ekstremizmə qarşı olduğunu vurğulayıb. O, 70 ildən çoxdur zülm və zorakılığa məruz qalaraq hüquqlarının nə vaxt reallaşacağını gözləyən Fələstin və Kəşmir xalqının hüquqlarının qorunmaması məsələsini qaldırıb.

"Terrorizm dini mədəniyyətlə əlaqələndirilə bilməz. Pakistanın terrorizmin təzahürlərinə qarşı tutduğu mövqe aydındır. Beynəlxalq arenada terrorizmə qarşı mübarizədə uğur qazanmaq onun təzahürlərinin köklərini araşdırmadan mümkün deyil", - Pakistanın baş nazirinin xüsusi köməkçisi vurğulayıb.