BMT: 2017-ci ildə dünyada 11 min terror aktı törədilib


Dünya 05 Apr 2018 18:08:23 287 0

BMT: 2017-ci ildə dünyada 11 min terror aktı törədilib

Terror hücumlarının vurduğu ümumi iqtisadi ziyan 90 milyard ABŞ dolları təşkil edib

"2017-ci ildə dünyanın 100-dən çox ölkəsində 11 min terror hadisəsi törədilib. Nəticədə 25 min nəfər ölüb, 33 min nəfər yaralanıb"

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin müavini, Təşkilatın Antiterror İdarəsinin rəhbəri Vladimir Voronkov bildirib.

Onun sözlərinə görə, bu terror hücumlarının vurduğu ümumi iqtisadi ziyan 90 milyard ABŞ dolları təşkil edib.