Orta məktəblərdə yeni fənnin tədrisi ilə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA


Digərləri 05 Apr 2018 17:37:00 247 0

Orta məktəblərdə yeni fənnin tədrisi ilə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil Nazirliyi orta məktəblərdə yeni fənnin tədrisinin nəzərdə tutulması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə "Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)" adlı vəsait hazırlayıb:

"Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər".