Layçak: "Minsk qrupunun problemi həll etməyi bacarıbbacarmadığı barədə nəsə deyə bilmərəm"


Siyasət 05 Apr 2018 17:22:02 258 0

Layçak: "Minsk qrupunun problemi həll etməyi bacarıbbacarmadığı barədə nəsə deyə bilmərəm"

Dağlıq Qarabağ məsələsi sizin üçün böyük ağrıdır. Bundan çox yaxşı xəbərdaram. 

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak ADA Universitetində keçirilən "Çoxtərəfli əməkdaşlığın hazırkı durumu mövzusunda" tədbirdə deyib. O xatırladıb ki, problemin həlli ilə Minsk qrupu məşğul olur: "Bu sahədə aktivlik görə bilərik. Əldə edilən nəticələri inkişaf etdirməliyik. Minsk qrupunun bu problemi həll etməyi bacarıb-bacarmadığına gəldikdə isə, bununla bağlı nəsə deyə bilmərəm".

M. Layçak qeyd edib ki, BMT həlli uzanan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır.