Əsədov: "İlin əvvəlindən süpürgəçilərin vurulması ilə 3 yol qəzası olub" FOTO


Digərləri 05 Apr 2018 16:39:00 331 0

Əsədov: "İlin əvvəlindən süpürgəçilərin vurulması ilə 3 yol qəzası olub"  FOTO

Suraxanı Rayon İcra Hakimiyyətində Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında paytaxtda təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması təqdim edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, tədbirdə xüsusi geyim formasının üstünlüklərindən danışılıb və 79 nəfərə həmin forma təqdim edilib: "Formanın verilməsində məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin etmək, yol qəzalarının sayının azaldılmasına yardımçı olmaqdır. Formanın üzərinə sayrışan işıqlar quraşdırılıb və işıqqaytarıcı var. Bu gödəkçələr kommunal təyinatlı küçə və yollarda təmizlik işləri ilə məşğul olan şəxslərə verilib. Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarında təmizlik işləri ilə məşğul olanların da vurulmasının şahidi olmuşuq.


Xəbərə aid foto