Metronun daha bir stansiyası təmirə bağlanır - HANSI?


Digərləri 05 Apr 2018 16:36:00 366 0

Metronun daha bir stansiyası təmirə bağlanır - HANSI?

Bakı Metropoliteninin "Xətai" stansiyası bu il təmirə bağlanacaq.

Bakı. Samir Əli - Bakı Metropoliteninin "Xətai" stansiyası bu il təmirə bağlanacaq. Bu barədə özəl olaraq Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, stansiyanın bütün eskalatorları dəyişdiriləcək: ""Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib. Həmin stansiyanın eskalatorlarının istismar müddəti bu il başa çatır. Ona görə də, stansiyadakı hər üç eskalator dəyişdirilməlidir. Artıq bununla bağlı plan-qrafik hazırlanıb".