Türkiyə XİN başçısı: "BMT Təhlükəsizlik Şurasında daha çox ölkə təmsil olunmalıdır"


Siyasət 05 Apr 2018 16:02:24 325 0

Türkiyə XİN başçısı: "BMT Təhlükəsizlik Şurasında daha çox ölkə təmsil olunmalıdır"

"Bugünkü dünya siyasəti ikili standartlarla doludur"

"Qoşulmama Hərəkatının məqsədləri ədalət və sabitlikdir. Türkiyənin də məqsədləri eynidir və o, bu istiqamətdə irəliləyir, ona görə də birləşmək zəruridir".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin nazirlər konfransında çıxış edərkən deyib.

Türkiyə XİN başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası cəmiyyətlərimizin maraqlarına cavab vermir və orada daha çox ölkə təmsil olunmalıdır.

M.Çavuşoğlunun sözlərinə görə, bugünkü dünya siyasəti ikili standartlarla doludur: "Cəmiyyətlərimiz və ölkələrimiz, məsələn, Türkiyədə dövlət çevrilişi həyata keçirməyə çalışan FETÖ terror təşkilatı kimi böyük çağırışlarla qarşılaşır. Ancaq cəsur türk xalqı sayəsində bu baş vermədi. Ölkələrimizin çoxu terrora qarşıdır. Yalnız fiziki yox, həm də regionun bütün ölkələrinin iştirakı ilə ideoloji mübarizə gedir. Yaxşı terrorçu yoxdur. Dünyanı hamımız üçün gözəlləşdirmək məqsədilə Hərəkat üzvləri ilə əməkdaşlıq etməyə hazırıq".