Şimali Koreyalı nazir: "Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransı beynəlxalq sülhə və dayanqlı inkişafa töhfə verəcək"


Siyasət 05 Apr 2018 15:56:00 297 0

Şimali Koreyalı nazir: "Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransı beynəlxalq sülhə və dayanqlı inkişafa töhfə verəcək"

Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Şimali Koreya xarici işlər naziri Li Yonq Ho Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransında bildirib.

O qeyd edib ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik prinsipi və digər ölkələrin işlərinə qarışmamaqdan məqsədli şəkildə imtina edilir: "Kiçik ölkələrin müstəqilliyinin böyük ölkələr tərəfindən pozulması müxtəlif formalarda baş verir".

Şimali Koreya xarici işlər naziri bu tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib:

"Azərbaycan xarixi işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən bu beynəlxalq konfransın səmərəli olacağına inanıram. Ədalətlə bağlı müxtəlif çağırışlar eşidirik. Bu gün dünyada böyük ölkələr kiçik ölkələri sıxışdırır. Hesab edirəm ki, bu konfrans beynəlxalq sülhə və dayanqlı inkişafa töhfə verəcək".