ATƏT PA-nın Azərbaycandakı seçkilər üçün müşahidə missiyasının tərkibi məlum olub


Digərləri 05 Apr 2018 15:06:51 138 0

ATƏT PA-nın Azərbaycandakı seçkilər üçün müşahidə missiyasının tərkibi məlum olub

Missiyanın tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir

ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda keçiriləcək prezident seçkiləri üçün müşahidə missiyasının tərkibi məlum olub.

ATƏT PA-dan "Report"a verilən məlumata görə, aprelin 11-də keçiriləcək prezident seçkiləri üçün monitorinq missiyasına Marqret Kiner Nellen (İsveçrə) rəhbərlik edəcək.

Gələn həftə Bakıya gələcək ATƏT PA-nın nümayəndə heyətinin tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir.