Dönərxanalarda insan əti verilir


Digərləri 05 Apr 2018 15:08:00 252 0

Dönərxanalarda insan əti verilir

ARB TV-nin "Günə doğru" verilişində dönərin içərisində insan ətinin olub-olmaması barədə süjet yayımlanıb. Dönər görünüşü, ləzzəti, hətta dönərçinin qarşısından keçərkən ətri ilə insanı özünə cəlb etməyi bacaran ayaqüstü yeməkdir. Bu ləziz təamın hazırlanmasında mal və toyuq ətindən başqa müxtəlif mənşəli heyvanların ətindən istifadə olunması ilə bağlı xəbərlərə rast gəlmişdik. Ancaq bu dəfə təşviş və çaşqınlıq yaradan xəbərlər yayıldı. Bu xəbərlərdə ölü insanın ətindən istifadə olunması iddia edildi. Dönər alanların çoxu ətin mənşəyi ilə heç maraqlanmır. Belə olan halda da ümid qalır dönərçilərin insafına. İrfan Yıldırım (dönərçi): "Ucuz ətin şorbası olmaz. Sertifikatımız var. Ucuz ətlərdən istifadə etmirik. Pis ətlərdən istifadə etsək, adımız pis olar". Azad İstehlakçılar Birliyi isə tezliklə bütün dönər hazırlayan restoran, kafe və obyektlərdə yoxlamalara başlayacağını bəyan edib. Eyyub Hüseynov (AİB-in sədri): "Əsl istehsalçıdan sertifikatı alıb oradan asırlar. Əslində isə qeyri-standart mal hazırlayıb satırlar. Bakıda 15 mindən çox dönərxana var. 4 il öncə komitə dönərlərin standartını hazırladı. Standarta uyğun 4 yerə böldü. Yəqin ki, həmin 4 standartın hamısına 15 min dönərxana içərisindən 70-80 dönərxana uyar". Mənşəyi bilinməyən ətdən dönər hazırlanması ilə bağlı yayılan məlumatlara Qida Təhlükəsizliyi Agentliyi də aydınlıq gətirib. Agentlikdən bildirilir ki, bu iddia faktlara əsaslanmır və əhalidə təşviş yaradır. Agentlik hüquq mühafizə orqanları ilə birgə bu tip əsassız materialları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcək. Dönər birmənalı şəkildə müəyyənləşdirilmiş və sağlam heyvanların ətindən hazırlanmalıdır. Vətəndaşlar yalnız dönərlə deyil, ümumiyyətlə, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşarsa, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilər.


Xəbərə aid fotolar