Məşhurlarımız övladları ilə klipə çəkildilər VİDEO FOTO


Şou-biznes 05 Apr 2018 14:45:00 259 0

Məşhurlarımız övladları ilə klipə çəkildilər  VİDEO  FOTO

Bəzən dəli-dolu, çılğın, bəzən lirik mahnıları ilə tanınan müğənni, aparıcı Murad Arif bu dəfə fərqli layihəyə imza atdı.

Son.az bildirir ki, müğənni günlərdir radiodalğalarda eşidilən "Qızım" mahnısına klip çəkdirərək, onu media əhlinə və sənət dostlarına təqdim etdi. İfaçı bu dəfə, sadəcə, klip təqdim etmədi, həm də insanlara sosial mesaj çatdırmağa cəhd etdi. Müğənni dünya ölkələrində olduğu kimi ölkəmizdə də qız uşaqlarının sayının kəskin azalmasından doğan nigarançılığı  məhz bu klip vasitəsi ilə izləyicilərə ötürüb. Klipin təqdimat mərasimində də Murad Arif bu mövzuya dönə-dönə müraciət edərək, valideynlərə səsləndi. İfaçı bir valideyn olaraq, uşağın cinsiyyətinin əslində bir o qədər də önəmli olmadığını və tarixən xalqımızın öndəgedən dahi şəxsiyyətlərinin qız uşaqlarına sahiblənməsindən və onların hüquqlarını müdafiə etməsindən danışdı. Bumerang label şirkəti tərəfindən ərsəyə gələn klipdə ölkənin ən tanınmış və sevilən simaları müxtəlif yaş qrupuna aid olan qızları ilə birlikdə çəkilmişdir.

Layihənin rəhbəri Nigar " Məmmədova, pr manager Rəvan Rəd, operatoru  isə Roman Minayevdir.


Xəbərə aid fotolar