Kriptovalyuta bazarında nə baş verir?


Dünya 05 Apr 2018 14:50:00 188 0

Kriptovalyuta bazarında nə baş verir?

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 7 min dollardan da aşağı satılır.

Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 6,41% ucuzlaşaraq 6,86 min dollar təşkil edib.