KİV: Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini istefa verib


Dünya 05 Apr 2018 14:21:00 236 0

KİV: Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini istefa verib

İbrahim Kalın: "Bizdə belə bir məlumat yoxdur"

Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini Mehmet Şimşekin vəzifəsindənistefa verdiyi barədə məlumat yayılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Onuniqtisadi məsələlərlə bağlıfikir ayrılığı səbəbindən vəzifəsindən getdiyi bildirilir.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isə Beştepedə keçirdiyi mətbuat konfransındaMehmet Şimşekin istefası ilə bağlı onlarda məlumatın olmadığını bildirib: "Prezidentimiz iqtisadiyyatı yaxından izləyən liderdir. Bu zaman iqtisadi məsələlərlə bağlı məsləhətləşmə edir. Faizlər məsələsində də prezidentimizin mövqeyi qətidir. Son günlər bundan başqa elə bir fövqəladə hal baş verməyib”.