Bakıda 9 yaşlı qıza qarşı cinayət törədən şəxs tutuldu FOTO


Digərləri 05 Apr 2018 14:25:00 216 0

Bakıda 9 yaşlı qıza qarşı cinayət törədən şəxs tutuldu  FOTO

Daxili işlər orqanlarınnın əməkdaşları tərəfindən şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, mart ayının son günlərində Bakı şəhər sakini olan 3 qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib. Dərhal idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. "İsti" izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin aprelin 1-də Nəsimi rayonu A.Mustafayev küçəsində 9 yaşlı bir qızın qarşısını kəsdiyi və onun qulağında dəyəri 300 manat olan qızıl sırğaları dartıb qaçaraq oğurladığı məlum olub. İ.Əzizov istintaqa verdiyi ifadəsində ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığını bildirib.


Xəbərə aid fotolar