Sumqayıtda mənzildən meyit tapıldı


Digərləri 05 Apr 2018 14:27:00 195 0

Sumqayıtda mənzildən meyit tapıldı

Sumqayıtda mənzildə meyit aşkar olunub.

FHN-dən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Məmmədzadə Zinaida Muxtar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.