Sinqapur təyyarəsi geri qayıtdı


Dünya 05 Apr 2018 14:07:00 190 0

Sinqapur təyyarəsi geri qayıtdı

Sinqapurun "Scoot" büdcə aviaşirkətinin təyyarəsi havaya qalxdıqdan sonra hava limanına geri qayıtmalı olub. Təyyarə Tailanda uçuş həyata keçirirmiş.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna təyyarənin göyərtəsində partlayış təhlükəsi səbəb olub.

Qeyd olunur ki, uçuş zamanı sərnişinlərdən biri partlayış təhdidi edib. Pilotlar təyyarəni Sinqapur hava limanına geri qaytarmağı qərara alıb. Geri istiqamətdə sərnişin təyyarəsini Sinqapur qırıcıları müşayiət edib.