Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub


Siyasət 05 Apr 2018 13:51:00 246 0

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.