"3cü dəfə evlənmək istəmirəm"


Şou-biznes 05 Apr 2018 13:42:00 283 0

"3cü dəfə evlənmək istəmirəm"

"ARB Ulduz"  un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Rəvan Qarayev olub. Son.az bildirir ki, müğənni ona uğur gətirən "Tək səninəm" mahnısını, əslində, səsləndirmək istəməməsindən danışıb: "Mənə görə "vizit kartım" "Tək səninəm" mahnısıdır. Mən bu ifanı heç oxumaq istəmirdim. Albom çıxarmaq istəyirdik. Bütün mahnıları oxudum. Bu ifa sona qalmışdı. Oxuyub-oxumamaqla bağlı çox götür-qoy etdim. Oxudum. Heç bir mahnı sevilmədi. Ancaq "Tək səninəm" çox sevildi". "Bu gecə" mahnımda da özümü qətiyyən görmürdüm. Mənim formatım deyildi. Səs diapazonu tələb edən mahnıları bəyənirəm. İfalarımın hamısı səs tələb edən mahnılardır. Burda elə yüksək səs tələb olunmadığına görə həmin mahnıda özümü görmürdüm, amma sevildi". Üçüncü dəfə ailə qurmaq niyyətinin qətiyyən olmadığını etiraf edən Rəvan Qarayev bundan sonra həyatını övladlarına həsr edəcəyini söyləyib:  "Övladlarıma baxıram. Bundan sonra qızlarım üçün yaşayacam. Tək yaşayıram. Üçüncü dəfə evlənəmək fikrim yoxdur. Deməyəcəkdim, amma açıqladım. Ailə qurmaq fikrim qətiyyən yoxdur. Çünki artıq qızlarım böyüyür. İki qızım var. Fikrimi onlara yönəltmək istəyirəm. Mənim yaşımda evlənmirlər ki. Ancaq mən iki dəfə evli olmuşam". Rəvan Qarayevlə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz"  kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar