Generalın oğlu: "Hadisə sürücü məni söyəndən sonra baş verdi"


Digərləri 05 Apr 2018 13:12:00 234 0

Generalın oğlu: "Hadisə sürücü məni söyəndən sonra baş verdi"

Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sənan Səmədovun məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra ötən məhkəmə iclasında R.Orucovun vəkili Kamandar Nəsibovun qaldırdığı vəsatətlə bağlı qərar elan olunub.

Qərara əsasən, məhkəmə qismən istintaqla aparılacaq.

Prosesdə təqsirləndirilən R.Orucov sərbəst ifadə verib. O bildirib ki, hadəsədən əvvəl sürücü Sənan Səmədov onu söyüb.

Məhkəmə prosesi davam etdirilir.