İran: "ABŞ beynəxlaq təhlükəsizlik sahəsində öhdəlilklərini yerinə yetirmir"


Dünya 05 Apr 2018 13:19:00 236 0

İran: "ABŞ beynəxlaq təhlükəsizlik sahəsində öhdəlilklərini yerinə yetirmir"

Biz Fələstin xalqına qarşı zorakılığı pisləyirik. İsrail qlobal təhlükəsizliyə təhdid olmağa davam edir. Şərqdə stabilliyin  katostrofik cəhətdən pozulması ekstremizm və zorakılığa gətirib çıxarır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

O qeyd edib ki, İŞİD-ə qarşı aparılan mübarizəyə baxmayaraq, Suriya və İraq hələ də terror qruplaşmalarından əziyyət çəkir.