Fransada güllələnən Rahim Namazov danışdı: "Qorxuram..." FOTO


Kriminal 05 Apr 2018 12:45:00 240 0

Fransada güllələnən Rahim Namazov danışdı: "Qorxuram..."  FOTO

Fransada həyatına sui-qəsd olunmuş kriminal avtoritet Rahim Namazov (ləqəbi "Şəkinski") sağalıb və özünü yaxşı hiss edir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Fransa KİV-lərinə müsahibəsində Namazov həyatına təhlükə mövcud olduğu üçün özünü təhlükəsizlikdə hiss edə bilmədiyini deyib. Bununla birlikdə, o, kriminalla heç bir əlaqəsinin olmadığı qeyd edib.

Xatırladaq ki, Rahim Namazovun və həyat yoldaşının olduğu "Audi" markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından qadın dünyasını dəyişib.


Xəbərə aid foto