Bakıda süpürgəçilərə xüsusi geyimlər paylanılıb - YENİLƏNİB


Sosial 05 Apr 2018 12:35:00 282 0

Bakıda süpürgəçilərə xüsusi geyimlər paylanılıb - YENİLƏNİB

Vaqif Əsədov: "Paytaxtda təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur"

Suraxanı Rayon İcra Hakimiyyətində Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında paytaxtda təmizlik işləri aparan şəxslər üçün hazırlanan xüsusigeyim formasının təqdimatı olub.

"Report"un məlumatına görə, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müaviniRəşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov və başqaları iştirak ediblər.

Tədbirin sonunda təmizlik işçilərinəjiletlərpaylanılıb.

*** 11:16

Bakı şəhərində təmizlik işləri aparan şəxslər üçün yeni geyim hazırlanıb.

Bunu "Report"aBakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, yeni geyimlər Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında hazırlanıb: "Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün jilet formasında yeni geyimlər hazırlanıb. Bu gün həmin geyim formaları təmizlik işləri aparan 500 nəfərə paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin sayrışan işıqlar və işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub".