Bakıda kliniki ölüm keçirən 32 nəfər həyata qaytarılıb


Digərləri 05 Apr 2018 12:38:00 250 0

Bakıda kliniki ölüm keçirən 32 nəfər həyata qaytarılıb

Ötən il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) doğuşla bağlı 3 099 müraciət edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Stansiyanın Tibbi Yardım Stansiyası baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olan az çəkili və ya ağır qüsurlarla doğulan 600 körpə hospitalizasiya edilib.

Həkimin müavini əlavə edib ki, keçən il Bakıda 32 nəfər kliniki ölümdən həyata qaytarılıb: "Ümumi ağır vəziyyətdən isə 2400 nəfər çıxarılıb".