Qırğızıstanda toyda 249 nəfəri zəhərləyən TOYUQ olub RƏSMİ


Dünya 05 Apr 2018 12:29:00 244 0

Qırğızıstanda toyda 249 nəfəri zəhərləyən TOYUQ olub  RƏSMİ

Qırğızıstan paytaxtındakı restoranlardan birində toy mərasimi zamanı kütləvi zəhərlənmənin səbəbi məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, 249 nəfərin toyda hazırlanmış toyuqdan zəhərlənməsi məlum olub. Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Jıldız Ayqerçinova deyib.

Səhiyyə Nazirliyinin rəsmisinin sözlərinə görə, zəhərlənməyə səbəb dəqiq olaraq toydakı somenella çöpləri olub.