"Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir"


Digərləri 05 Apr 2018 12:20:00 254 0

"Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir"

Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər" kitabının təqdimat mərasimində çıxış edərkən deyib.

H.Hüseynova bildirib ki, istənilən cəmiyyətdə qadın hüquqları qorunursa, hər kəsin hüquqlarının qorunduğunu söyləmək olar: "Lakin razılaşmaq olar ki, bu gün bütün cəmiyyətlərdə insanların hüquqları bərabər şəkildə qorunmur. Azərbaycanda isə qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir".