Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi


Dünya 05 Apr 2018 12:02:00 286 0

Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi

Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi, eyni zamanda satışı qadağan edilib.

Son.az report-a istinadən xəbər verir ki, hazırda mağazalarda qadağadan əvvəl idxla edilən geyimlər satılır.

"Çimərlik mövsümü yaxınlaşır, bu mallara təlabat artır. Ancaq Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi qadağan olunub. Gömrük Xidməti qadağanın səbəbini açıqlamır", -  satıcılar bildiriblər.

Türkmənistanın Gömrük Xidməti məsələ ilə bağlı KİV-in sorğularına cavab verməyib.

Bununla belə adının açıqlanmasını istəməyən gömrük əməkdaşı qadağa ilə bağlı ehtimalını bildirib: "Ola bilsin, bu, türkmənlərin mənəvi dəyərləri ilə bağlıdır. Başqa sözlə, türkmən qızları çimərlik paltarı geyinmələrinə ehtiyac görmürlər".