Bakıda 200 nəfəri aldadan qadın məhkəmə zalında həbs edildi


Digərləri 05 Apr 2018 11:58:00 230 0

Bakıda 200 nəfəri aldadan qadın məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə D.İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.