Bakıda 49 yaşlı iranlı tələbəni maşın vurdu


Digərləri 05 Apr 2018 11:44:00 207 0

Bakıda 49 yaşlı iranlı tələbəni maşın vurdu

Bakıda İran vətəndaşı avtomobillə vurulub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində qeydə alınıb.

Tofiq Əsədovun idarə etdiyi "Toyota" markalı avtomobil yolu keçən İran vərəndaşı, 1969-cu il təvəllüdlü Hossein Nejadı vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan 49 yaşlı piyada Bakı Slavyan Universitetinin tələbəsidir.