Konsulun arvadı Bakıda qəzaya düşdü


Digərləri 05 Apr 2018 11:32:00 183 0

Konsulun arvadı Bakıda qəzaya düşdü

Bakıda Cənubi Koreya vətəndaşı qəzaya düşüb.

Son.az report-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində Şahin Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobil Cənubi Koreya vətəndaşı Lee Eun Heeyin idarə etdiyi "Hyundai-Tucson" markalı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzaya düşən xarici vətəndaş Cənubi Koreyanın Azərbaycandakı konsulunun həyat yoldaşıdır.