Dövlət qulluğuna növbəti imtahanın vaxtı açıqlandı


Digərləri 05 Apr 2018 11:35:00 216 0

Dövlət qulluğuna növbəti imtahanın vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbət test imtahanı keçiriləcək.

DİM-dən Son.az-a verilən məlumata görə, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir.

Sertifikatın qüvvədə olma müddəti 5 ildir.