Vasif Məhərrəmli AİLƏ SİRRİNİ AÇDI:


Şou-biznes 05 Apr 2018 11:30:00 276 0

Vasif Məhərrəmli AİLƏ SİRRİNİ AÇDI:

Çox sərt, mühafizəkar görünür, amma dediyinə görə, evdə çox mülayimdir. Lakin qaydalarını söylədikcə, heç də mülayim olmadığı üzə çıxdı. Natəmizliyi heç sevməyən müğənni büna görə evdə dava da sala biləcəyini gizlətmədi. Amma evdəkilər də işini ehtiyatlı tutub...

Son.az xəbər verir ki, müğənni Vasif Məhərrəmlinin yenicag.az-a müsahibəsini təqdim edirik.

- Qalmaqallarla aranız necədir?

- Qalmaqaldan uzaq olmağa çalışıram, bəzən xeyri olmur, məni də qalmaqala sürükləyirlər.

- Reaksiyanız necə olur?

- Əgər böhtan-şər xarakterlidirsə, əsəbiləşirəm. Amma yaş üstə yaş gəldikcə, çalışıram bu qalmaqalları sakit şəkildə yola verim.

- Ailənizlə bağlı heç vaxt paylaşımlar etmirsiniz. Amma bir dəfə xanımınızla yanaşı oturğunuz videonu paylaşdınız...

- Yaxın dostlarımızla bir məclisdəydik. Hamı video çəkdı. Mən də Yeni il ərəfəsində o görüntünü paylaşdım.

- Tədbirlərə heç vaxt xanımınızla qoşa getmirsiz?

- Heç vaxt tədbirlərə yoldaşımla getmirəm, getmərəm də... Belə məsələlərdə çox mühafizəkaram. Amma toy başqadır... Məsələn, dostum Manaf Ağayevin oğlunun toyuna xanımımla getmişdim.

- Deməli, evdə də çox sərtsiniz?

- Qətiyyən. Evdə çox mülayıməm. Öz qızıma da, bütün xanımlara da özüm kimi ər arzulayıram.


Xəbərə aid fotolar