Venesuela XİN rəhbəri: "Ölkələrin ərazi bütövlüyünün pozulması sabitliyə təhdiddir"


Dünya 05 Apr 2018 11:08:10 261 0

Venesuela XİN rəhbəri: "Ölkələrin ərazi bütövlüyünün pozulması sabitliyə təhdiddir"

Bəzi dövlətlər tərəfindən digər ölkələrin ərazi bütövlüyünə qarşı aparılan siyasət sabitliyə təhdiddir və eqoizmə əsaslanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Monserrat bu gün Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bugünkü görüşün əsas mövzusu inkişaf naminə beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması olacaq ki, bu da bütün dünya üçün vacibdir.