Beyləqanda qadını amansızlıqla qətlə yetirdilər RƏSMİ


Digərləri 05 Apr 2018 10:55:00 213 0

Beyləqanda qadını amansızlıqla qətlə yetirdilər  RƏSMİ

Beyləqan rayonunda mənzildən meyiti aşkarlanan 39 yaşlı qadının qətlə yetirildiyi müəyyən edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Beyləqan Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilib ki, aprelin 4-də Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılması barədə məlumat daxil olub.

Rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib və və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Müayinə zamanı meyitin üzərində kəsici-deşici alətlə çoxsaylı xəsarətlər aşkar edilib. Meyit daxili müayinə edilmək üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.