Bakı Media Mərkəzi dünya şəhərlərindən bəhs edən səyahət verilişi hazırlayır FOTO


Digərləri 05 Apr 2018 10:58:00 233 0

Bakı Media Mərkəzi dünya şəhərlərindən bəhs edən səyahət verilişi hazırlayır  FOTO

Bakı Media Mərkəzi dünyanın ən məşhur şəhərlərindən bəhs edən səyahət verilişinin çəkilişlərinə başlayıb.

Son.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, həm əyləncəli, həm də maarifləndirici olan bu verilişin məqsədi dünya şəhərlərini seyr edib, onların görsənən və görsənməyən tərəflərini Azərbaycan tamaşaçısına təqdim etməkdir. Tamaşaçılara artıq tanış olan - "Oralar" adı altında efirə gedəcək veriliş hər bazar ATV kanalında saat 12:00-da yayımlanacaq.

Layihəyə peşəkar komanda cəlb olunub və çəkilişlər ən müasir avadanlıqla aparılır.

"Oralar"ın yenilənmiş formatına görə, verilişin üç aparıcısı olacaq və onlar getdikləri şəhərlərə üç fərqli bucaqdan baxacaqlar.


Xəbərə aid fotolar