Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrdəki münaqişələrlə bağlı Konvensiya üzərində çalışacaq


Siyasət 05 Apr 2018 10:30:20 272 0

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrdəki münaqişələrlə bağlı Konvensiya üzərində çalışacaq

XİN başçısı: "Azərbaycan BMT-ni Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin həyata keçirilməsini təmin etməyə çağırır"

"Qoşulmama Hərəkatında sədrlik Azərbaycana keçib. Təşkilatın növbəti sammiti Bakıda keçiriləcək".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarov bu gün Bakıda işə başlayan Qoşulmama Hərəkatı ölkələrininxarici işlər nazirlərinin konfransında deyib.

"İnanırıq ki, bugünkü görüş dünyada sülh və sabitliyin yaradılması üçün növbəti addım olacaq. Regional və subregional təhlükəsizlik, insan hüquqları mövzuları çox vacibdir. Bu, təşkilatımızın üzləşdiyi məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün imkandır", - XİN baççısı bildirib.

"Təşkilatda ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə hörmətlə yanaşılması çox vacibdir. Biz ikili standartlardan qaçınmalıyıq", - o əlavə edib.

XİN başçısı vurğulayıb ki, Azərbaycan BMT-ni Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin həyata keçirilməsini dəstəkləməyə və təmin etməyə çağırır.