Azərbaycan Prezidenti: "Bizim siyasətimiz kimi, iqtisadiyyatımız da müstəqildir"


Siyasət 05 Apr 2018 10:20:12 282 0

Azərbaycan Prezidenti: "Bizim siyasətimiz kimi, iqtisadiyyatımız da müstəqildir"

"Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır"

"Bizimsiyasətimiz kimi,iqtisadiyyatımız da müstəqildir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatı ölkələrininxarici işlər nazirlərinin konfransında deyib.

Prezident bildirib ki, bəzi problemlərə, o cümlədən Ermənistanın işğalı nəticəsində yaranan çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir: "Azərbaycan özünü təmin edən ölkədir. Əhalimiz üçün daha yaxşı şərait yaratmaq üçün hər cür səy göstəririk."

Onun sözlərinə görə, Azərbaycana 230 milyard dollardan çox birbaşa sərmayə daxil olub: "Bütün bunlar xalqımızın uğurudur".

İlham Əliyev qeyd edibki, Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır, qarşılıqlı faydalı danışıqlar üçün platformadır, eləcə də Şərq və Qərbi birləşdirən mühüm tranzit ölkədir.