ABŞda hərbi təyyarə qəzaya uğrayıb


Dünya 05 Apr 2018 08:53:00 178 0

ABŞda hərbi təyyarə qəzaya uğrayıb

ABŞ HHQ-nə məxsus F-16 hərbi təyyrəsi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Nevada ştatının Las-Veqas şəhərinin yaxınlığında "Nellis" aviabazasının ərazisində qeydə alınıb.

İnsident yerli vaxtla saat 10:30-da, təyyarə təlim uçuşu həyata keçirərkən baş verib.