4 ton yükü qaldıra bilən mini robot yaradıldı VİDEO


Digərləri 05 Apr 2018 08:55:00 286 0

4 ton yükü qaldıra bilən mini robot yaradıldı  VİDEO

ABŞ-ln "Trailer Valet" şirkəti RVR adlanan mini robotunu təqdim edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, cəmi 44 kiloqram çəkisi olan kiçik cihaz 4 tona qədər həcmində olan yükləri qaldırmaq imkanına malikdir. Yeni məhsul barədə məlumat istehsalçı şirkətin saytında dərc edilib.

Robot enerji ilə doldurulmadan 30 dəqiqə işləyə bilir. Onun maksimal komplektasiyası alıcıya 4 min dollara başa gələcək.

RVR robotları distant olaraq idarə edilir. Şirkət iddia edir ki, balaca zəhmətkeş nəhəng həcmli treyleri cəmi bir düyməni sıxmaqla bir yerdən digər yerə keçirə biləcək.

Ağır tırtıllar RVR-ə asfalt, qravium, ot və palçıq kimi müxtəlif torpaq örtüklərini keçməyə imkan verir.